Əlaqə Arxiv
news Image
2013.01.17
13:45
| A A A
Yuxarı sinif şagirdlərinə yol hərəkəti qaydaları öyrədiləcək
Kamran Əliyev: "Uşaqlar üçün yol hərəkəti qaydalarından bəhs edən 10 min ədəd kitab çap ediləcək"

Baş verən yol-nəqliyyat hadisələrinin qurbanı olan  uşaqların sayını azaltmaq üçün yol hərəkəti qaydalarından bəhs edən fənnin yuxarı siniflərdə də tədrisinə başlanılacaq. Bu məlumatı Movqe.az-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev verib. Onun sözlərinə görə, Həyat-bilgisi dərsliyinə yol hərəkəti qaydaları ilə bağlı materiallar salınıb: "Amma bu dərslik ibtidai sinifləri əhatə edir. Yuxarı sinif şagirdlərinə isə İbtidai hərbi hazırlıq dərsləri zamanı yol hərəkəti qaydaları ilə bağlı bilgi veriləcək".

K. Əliyev yaxın vaxtlarda uşaqlar üçün yol hərəkəti qaydalarından bəhs edən 10 min ədəd kitabın çap ediləcəyini bildirdi. K. Əliyev bununla yanaşı yol qəzaları zamanı dünyasını dəyişən uşaqların sayının azaldılması üçün müxtəlif tədbirlərin keçirildiyini söylədi. Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə baş vermiş yol qəzalarında 79 uşaq dünyasını dəyişib, 235-i isə yaralanıb.

 

 

Sizin Reklam Yeriniz