Bir çox vaxt huşsuzluğu yaddaşsızlıqla səhv salırlar. Əslində isə huşsuz insanların fikri tamamiylə başqa bir şeylərdə olur. Ətrafda nə baş verdiyi onlara maraqlı olmur. Belə insanların həyatında çox vaxt müəyyən problemlər olur.
Diqqətsizliyidə çox vaxt yaddaşın pozulması kimi qəbul edirlər. Əslindəysə diqqətsizliyin səbəbi yorğunluq və xəstəliyin əlaməti kimi qəbul olunur.
Yaddaş sistemi isə yaşa dolduqca korlanır. Adətən 40 yaşdan sonra insanlar yaddaşsızlıqdan şikayet edirlər. Lakin bu yaşla əlaqədar deyil. İnsanlar yaşa dolduqca yeni informasiya qəbul etmirlər. Bu səbəbdən də, beyin vərdişi itirir. Və zamanla biz adi əşyaların belə yerini xatırlamırıq.
Bu gün elə yaşlılar var ki, adi gənc tələbələr kimi təhsil alırlar.Onların beyin sistemi 18 yaşlı gəncin beyni kimi işləyir.
Türkan Nadirqızı
Mövqe.Az