Əlaqə Arxiv
news Image
2012.04.23
20:16
| A A A
Qadınlar göz xəstəliklərindən daha çox əziyyət çəkirlər

 Qeyd edək ki, qadınlar göz xəstəliklərindən daha çox əziyyət çəkirlər. Səbəblərsə olduqca müxtəlifdir. Bu haqda oftamotoloq Paşa Qəlbinur Mövqe.Az-a verdiyi açıqlamada bildirdi.

 

Qeyd edək ki, həkimin sözlərinə əsasən, qadınlar ən çox klimaks dövründə göz xəstəliklərindən əziyyət çəkirlər.

 

"Elə yaş dövrü var ki, qadınlar gözlərini daha çox qorumalıdırlar. 35-40 yaşdan sonra qadınlar siqaret çəkməməlidirlər, spirtli içki istifadə etməməlidirlər, günəş şüası altında çox gəzməməlidirlər.

 

Bundan da əlavə hər bir insan düzgün qidalanmalıdırlar. Orqanizm yetərincə vitamin almadıqda, ilk növbədə gözlər görmə qabiliyyətini itirir.

 

Kompyüter qarşısında çox oturmaqda görməni zəiflədir. Bu isə sonradan korluğa belə gətirə bilər. Qadınların əksəriyyətində doğuşdan sonra, görmə qabilliyyəti zəifləyir. Hamiləlik dövründə onlar daha çox ehtiyyatlı olmalıdırlar", - P.Qəlbinur dedi.

 

Türkan Nadirqızı

Mövqe.Az

Sizin Reklam Yeriniz