Qubada qədim el sənətlərinin qorunması və inkişaf etdirilməsi sahəsində mühüm işlər görülür
Qubada yeni fəaliyyətə başlamış "Fəal Qadınlara Dəstək" dərnəyi
qədim el sənətlərinin qorunması, inkişaf etdirilməsi sahəsində, o
cümlədən qadınlara qarşı cəmiyyətdə mövcud olan inamsızlığı aradan
qaldırmaq, onlarda özünəinam və yaradıcılıq qabilliyyətini
formalaşdırmaq, xanımların ailədə eləcədə cəmiyyətdə layiqli yer
tutmaları sahəsində, ictimai həyatda fəallıqlarının artırılması və
qloballaşan dünyada dövlətimizin yeni inkişaf mərhələsində
qadınların rolunun artırılması istiqamətində bir sıra işlər həyata
keçirir.
Dərnəyin yaradıcısı və rəhbəri Rəxşəndə Bayramova ilə söhbət zamanı bildirdi ki, dərnək Qubada "Qadınlar şurası"nın təkibində ictimai əsaslarla yaradılmış təşkilatdır: "Təşkilatımızın yeni fəaliyyət göstərməsinə baxmayaraq, ətrafına xeyli sayda yaradıcılıq qabiliyyətinə malik olan xanımlarımızı toplaya bilib. O, həmçinin qeyd etdi ki, xanımlarımızın əl işlərinin ictimaiyyətə tanıdılması istiqamətində də işlər görülür"