Dərmanlara vahid qiymət siyasəti necə tətbiq eidləcək?
Azərbaycanda bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət
siyasətinin tətbiqi nəzərdə tutulur. Bu barədə bazar ertəsi Trend-ə
Səhiyyə Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki,
hazırda eyni dərmanlar müxtəlif apteklərdə fərqli qiymətlərə
satılır. Dərman vasitələri üçün vahid qiymətin tətbiqi məqsədilə
artıq Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə
müzakirələr aparmağa başlayıb. "Hazırda müxtəlif apteklərdə eyni
dərmanların qiymətləri müxtəlifdir. Bu gün Səhiyyə Nazirliyinin
İqtisadi İnkişaf Nazirliyi ilə birgə apardığı iş ondan ibarətdir
ki, gələcəkdə dərman vasitələrinə vahid qiymət qoyulsun və müxtəlif
ünvanlarda satılan eyni dərmanın qiyməti eyni olsun. Yəqin ki,
yaxın zamanlarda Azərbaycanda da bunun tətbiqinə start veriləcək",
- nazirlikdən əlavə edilib. SN-dən deyilib ki, vahid qiymət
siyasəti tətbiq edildikdə Azərbaycanda dövlət qeydiyyatına alınmış
və dövlət reseytrinə daxil edilmiş bütün dərman preparatlarının
qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq
olunmuş qiymət əsasında olacaq. Qeyd edək ki, hazırda İranda da
bütün apteklərdə dərmanlar üçün vahid qiymət tətbiq edilir. Bu
qiymətlər ölkənin Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur. Qeyd
edək ki, dərmanların qiymətlərinin aşağı salınması istiqamətində
görülən hər bir tədbir alıcılar tərəfindən rəğbətlə qarşılanır.
Xüsusilə son vaxtlar dərmanların qiymətində baş verən fantastik
qiymət artımı dərman bazarında süni qiymət artımı olduğundan
xəbər verir. Amma maraqlıdır, qiymətləri bazar tərəfindən
tənzimlənməli olan dərmanlara vahid qiymət siyasəti necə tətbiq
ediləcək?
İqtisadçı Azər Mehtiyev hazırki şəraitdə bunun mümkünsüz olduğunu söyləyir. Onun sözlərinə görə, dərman vasitələri Tarif Şurası tərəfindən qiyməti tənzimlənın mallar siyahısına daxil deyil: "Belə halda dərmanlara vahiod qiymət siyasəti tətbiq edilə bilməz. Çünki dərmanlar azad sahibkarlar tərəfindən gətirilir, hansı sahibkara hansı qiymət sərf edirsə, gəlir-cıxarını hesablayıb qiymət qoyur. O ki qaldı sahibkarın dərmana qoyduğu qiymətin bazar qiymətlərinə uyğunluğuna, bunu yenə də bazar münasibətləri tənzimləyir. Alıcı bazarda dərmanı cibinə uyğun olan satış obyektindən alır. Yəni rəqabət mühitində qiymətlər tənzimlənməlidir. Belə halda ölkəyə dərman şirkətinə "sən mütləq bu qiymətə" satmalısan kimi göstəriş vermək olmaz. Sadəcə Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin aidiyyatı qurumu süni qiymət artımının qarşısını almaq üçün dərman bazarında inhisarçılığın qarşısını ala bilər. Ölkəyə dərmanın bir əldən gətirilməsinin qarşısı alınmalıdır ki, dərman bazarında monopoliyaya son qoyulsun. Bu qiymətlərin ucuzlaşmasına gətirib cıxardacaq".
İqtisadi İnkişaf Nazirliyindən isə bununla bağlı cavab vermək istəmədilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, açıqlamanı Səhiyyə Nazirliyi veribsə vahid qiymət siyasətinin hansı mexanizmlə tətbiq etməyin mümkünlüyünü də jurnalistlər bu nazirlikdən soruşmalıdırlar. Səhiyyə nazirliyindən isə sualımıza sabah ətraflı cavab veriləcəyini söylədilər.