Əlaqə Arxiv
news Image
2013.01.19
10:19
| A A A
"Psixologiya Akademiyası" layihəsinin açılış mərasimi keçirilib

Movqe.az xəbər verir ki, yanvar 19-da "İRƏLİ" Təlim və Karyera Mərkəzi və "PsyLab-Psixologiya və Fərdi İnkişaf" Mərkəzinin birgə təşkil etdiyi "Psixologiya Akademiyası" layihəsinin açılış mərasimi keçirilib.

"İRƏLİ" Gənclik Mərkəzində baş tutan layihənin açılışında ilk olaraq "20 Yanvar" şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasiminə giriş nitqi ilə başlayan "İRƏLİ" Təlim və Karyera Mərkəzinin rəhbəri Nicat Hacızadə iştirakçılara uğurlar arzu edib. "Psixologiya Akademiyası" layihəsinin rəhbəri Fidan Ağayeva layihənin 5 ay müddətində davam edəcəyini, layihə çərçivəsində dəvət olunacaq ekspertlər, layihənin məqsədi və s. haqda məlumat verib. Xanım Ağayeva bildirdi ki, lahiyə çərçivəsində təşkil olunacaq seminarlarda insanların komplekslərdən azad olunması kimi vərdişlərə sahiblənmək üçün tək nəzəriyyədən istifadə olunmayacaq: "Təlimin praktiki hissələri paytaxtın müxtəlif yerlərində təşkil olunacaq. Həftədə bir dəfə keçiriləcək təlim 5 ay davam edəcək və sonda iştirakçılara sertifikatlar da təqdim olunacaq. Layihə çərçivəsində təlimlərlə yanaşı müxtəlif mövzuların müzakirəsi, filmlərin nümayişi, qrup terapiyası, seminarlar keçiriləcək".

Sizin Reklam Yeriniz