Həştərxanın meri müğənnimizi mükafatlandırıb
Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan cəmiyyətinin milli mədəniyyətinin 15 illiyinə həsr olunmuş konsertdə çıxış edən Lətifə Soyuoz öz təəssüratlarını bölüşüb.
“Konsertimiz möhtəşəm keçdi. Konsertə bizi Həştərxan AMOR Gənclər Təşkilatının rəhbəri Elvin Hüseynovun dəvəti ilə getmişdik.
Həm Rusiya, həm də Azərbaycan vətəndaşları qarşısında çıxış etmək mənə böyük zövq verdi. Konsertdən sonra şəhər meri Oleq Anatoliviç Polumardvinoviç və Vahid Rəhimov tərəfindən ifama görə mükafatlandırıldım”.
Müğənni konsert sonrası pərəstişkarları ilə görüşüb.