Əlaqə Arxiv
news Image
2013.01.22
16:30
| A A A
Uşaq polikilinikalarında "sağlamlıq kart"larının verilməsi üçün valideynlər məlumatlandırılmalıdırlar

"Valideynlər  uşaqlarına elektron "sağlamlıq kart"larını almaqda maraqlı olmalıdırlar. Bu "sağlamlıq kart"ları uşaqların bioloji pasportu hesab olunur. Hər bir valideyn bilməlidir ki, "Sağlamlıq kart" larının yaddaşına köçürülən məlumatlar elə an ola bilər ki, uşağın  həyatının xilas edilməsinə yardım göstərə bilər".

Bu sözləri Movqe.az-a ölkənin baş pediatrı Nəsib Quliyev söyləyib. Onun sözlərinə görə, bəzən valideynlər bu "sağlamlıq kart"larının  əhəmiyyətini başa düşmədiklərindən, kartı almaq üçün uşağın lazımi sənədlərini ərazidə yerləşən uşaq polikilinikasına təqdim etmirlər: "Ye­ni­do­ğul­muş­la­rın elek­tron "sağ­lam­lıq kart"ı ilə tə­mi­na­tı vacib məsələdir. Sə­hiy­yə Na­zir­li­yi­nin (SN) İc­ti­mai Sə­hiy­yə və İs­la­hat­lar Mər­kə­zi­ tərəfindən icra edilən bu layihənin uşaqların həyatının qorunması baxımından böyük əhəmiyyəti var. Uşaqlara  pay­la­nı­lan "sağ­lam­lıq kar­tı"nda uşa­ğın sağ­lam­lı­ğı ba­rə­də bü­tün tib­bi mə­lu­mat­la­rın yer al­ır. "Sağ­lam­lıq kar­tı" sis­te­mi­nin tət­bi­qi uşaq­la­rın sağ­lam­lı­ğı­na nə­za­rət sis­te­mi­nin tək­mil­ləş­di­ril­mə­si­ni və ope­ra­tiv şə­kil­də sağ­lam­lıq­la­rı ba­rə­də mə­lu­mat ban­kı­nın ya­ra­dıl­ma­sı­nı tə­min edir. Bu kart­da olan mə­lu­mat­lar (xəs­tə­lik ta­ri­xi, ca­ri is­ti­fa­də edi­lən dər­man pre­pa­rat­la­rı, pey­vənd­lər, qan qru­pu, tib­bi sı­ğor­ta və s.) kart sa­hi­bi­nə ope­ra­tiv və də­qiq müa­yi­nə olun­maq im­ka­nı ya­ra­dır. Əv­vəl xəs­tə uşaq tibb mü­əs­si­sə­si­nə da­xil olar­kən onun han­sı müa­yi­nə­lər­dən keç­di­yi­ni, sağ­lam­lı­ğı ba­rə­də mə­lu­mat­la­rı ka­ğız­lar­dan ax­tar­maq uzun vaxt çə­kir­di. Am­ma in­di kar­tı xəs­tə­xa­na­la­rın qey­diy­yat şö­bə­lə­rin­də, la­bo­ro­to­ri­ya­lar­da kom­pyu­ter­lə­rə qo­şul­muş xü­su­si qur­ğu­lar   va­si­tə­si­lə oxu­ya­raq vaxt itir­mə­dən uşağın müa­li­cə­si­nə baş­la­maq olar. Kart­da uşa­ğın qan qru­pu və di­gər la­zı­mi tib­bi mə­lu­mat­lar yer­ləş­di­ril­di­yin­dən, onun hə­ya­tı­nı xi­las et­mək üçün dər­hal tib­bi yar­dım gös­tə­ri­lmək mümkün olur. Odur ki, valideynlər uşaqlarına "sağlamlıq kart"ı almaqda maraqlı olmalı, özləri də buna təşəbbüs göstərməlidirlər".

N. Quliyev yeni doğulan hər bir uşağın bu karta sahib olması üçün uşaq polikilinikalarında da "sağlamlıq kart"larının verilməsi üçün valideynlərə bu barədə bilgi verilməli olduğunu söylədi.

 

Sizin Reklam Yeriniz