Əlaqə Arxiv
news Image
2016.12.07
10:54
| A A A
11 ayda 172 829 vətəndaşa fərdi şəxsi hesab açılıb

Cari ilin yanvar-noyabr aylarında əlavə olaraq 172 829 vətəndaşa fərdi şəxsi hesab açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a  verilən məlumata görə, fərdi uçot sistemində qeydiyyata alınmış vətəndaşların sayı 1 dekabr 2016-cı il tarixinə 3 352 983 nəfərə çatıb.

Cari ilin noyabr ayında ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox, yəni 17 071 nəfərə fərdi şəxsi hesab açılıb. Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında əlavə olaraq 172 829 nəfər fərdi uçot sistemi ilə əhatə olunub. Beləliklə, beynəlxalq standartlara uyğun şəkildə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti olan fərdi uçot sistemində qeydiyyata alınmış vətəndaşların sayı 1 dekabr 2016-cı il tarixinə 3 352 983 nəfərə çatıb.

Sığortaolunanların 20,1 faizi 30 yaşa qədər olan, 25,6 faizi isə 30-40 yaş aralığında olan şəxslərdən ibarətdir. Həmçinin sistemdə fərdi şəxsi hesaba malik şəxslərin 20 faizini 40-50 yaş aralığında, 21 faizini 50-60 yaş aralığında, qalanlarını isə 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir. Sığorta-pensiya sisteminin avtomatlaşdırılmış infrastrukturunun qurulması nəticəsində sığorta münasibətləri və pensiya təminatı sahəsində bütün xidmətlər elektron müstəvidə təşkil olunub.

Bu sahədə əhaliyə təqdim edilən elektron xidmətlərdən biri də “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətidir. Vətəndaşlar bu e-xidmət vasitəsilə onlarla bağlı ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək, öz pensiya kapitalına, işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə mütəmadi şəkildə nəzarət etmək imkanlarına malikdirlər.

Sizin Reklam Yeriniz