Əlaqə Arxiv
news Image
2016.12.08
09:15
| A A A
Aztəminatlıl ailələrin sosial durumunun yaxşılaşdırılmasına ayrılan vəsait artırılacaq
Sosial siyasətinin mərkəzində insan və onun rifah halı durur

Tarif Şurasının qərarı ilə bir sıra enerji məhsulları üzrə differensiallaşdırılmış tariflərin gələn il yanvarın birindən tətbiq edilməsi nəzərdə tutulub. Düzdür, bu artım, mütəxəssislərin rəyinə görə aztəminatlı ailələrin büdəsinə ciddi təsir etməyəcək. Çünki, köhnə qiymətlə istehlak limitinin müəyyən edilməsi zamanı azgəlirli vətəndaşların ödəmə qabiliyyəti əsas götürülüb. Lakin təbii ki, bu addım enerjidən daha çox istehsal məqsədilə istifadə edən hüquqi şəxslərə təsir edəcək. Nəticə etibarilə bir sıra məhsulların və gündəlik tələbat mallarının qiymətində artıma səbəb olacaq. Yəni, birbaşa olmasa da qiymət artımı dolayısı yolla aztəminatlı ailələrin sosial vəziyyətinə təsir edəcək. 

Bu prosesi və ümumiyyətlə, enerji daşıyıcılarının dünya bazarındakı qiymətlərinin dəyişməsi sayəsində iqtisadi vəziyyətdə baş verən çətinlikləri nəzərə alan Azərbaycan Prezidentinin 2017-ci ilin dövlət büdcəsi xərclərinin sosialyonümlülüyünun təmin olunması ilə bağlı müəyyən etdiyi hədəflərə gələn ilin büdcə layihəsində əsasən nail olunub. Milli Məclisdə müzakirəyə çıxarılmış layihədə sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faizi səviyyəsində müəyyən edilib. Bu xərclər cari illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub. Layihədə nəzərdə tutulan gəlirlərin və ona müvafiq olaraq xərclərin 300 milyon manat artırılması təklifi qəbul olunacağı təqdirdə həmin vəsaitin bir hissəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək. Bununla əlaqədar, 2017-ci il üçün ehtiyac meyarının həcminin 10,5 faiz artırılması nəzərdə tutulub. 
Azərbaycanda dövlətin daxili iqtisadi və sosial siyasətinin mərkəzində insan və onun rifah halı durur. Son onillikdə verilən qərarlar, həyata keçirilən tədbirlərin əksəriyyəti bu istiqamətdə olub və eyni ruhda davam edir. Dövlət siyasətinin müəyyənləşmiş bu tendensiyası Azərbaycana “sosial ölkə” imici qazandırıb. Çünki, dövlət öz vətəndaşının qayğısına qalmağı özünün bir nömrəli vəzifəsi sayır. Bu gedişlə, demək olar ki, gələn il ölkədə aztəminatlı ailələrin sosial problemləri nisbətən yüngülləşəcək. Düzdür, dünyada supergüc dövlətlərin siyasi ambisiyaları iqtisadi vəziyyəti xeyli pisləşdirib və bu, Azərbaycan da daxil olmaqla digər ölkələrdə vəziyyətin gərginləşməsinə zəmin yaradıb. Amma dövlət tərəfindən sosial siyasətin gücləndirilməsi belə çətinlikləri dəf etməkdə əhaliyə yardım edir. Artıq bu çətinlik də yavaş-yavaş arxaya keçməkdədir. Gələn ildən vəziyyətin normallaşdırılması prosesinin başlanacağı mütəxəssislərin ən çox verdikləri proqnozlar içərisindədir. Düzgün siyasətin və ölkədə qeyri-neft sektorunun inkişafı sayəsində bir-iki ilə iqtisadi stabillik bərpa olunacaq və əhalinin rifah halının yüksəldilməsinin yeni, daha mükəmməl mərhələsi başlayacaq.

N.NOVRUZ     

 

 
 

Sizin Reklam Yeriniz