Əlaqə Arxiv
news Image
2016.12.09
10:37
| A A A
"Azəravtoyol" ölkənin avtomobil yollarındakı vəziyyəti açıqladı

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ölkənin avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Movqe.az-a  bildirib ki, "Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, eləcə də respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur: "Gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, həmçinin respublikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınmışdı. Nəticədə nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın və mexanizmlər vasitəsilə yollara duz-qum qarışığı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub".

A.Nəcəfli deyib ki, bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb.

Sizin Reklam Yeriniz