Əlaqə Arxiv
news Image
2016.12.09
06:15
| A A A
Anemiya haqqında bilinməsi gərəkənlər

ANEMİYA NƏLƏRƏ SƏBƏB OLUR?


Anemiyanın başlıca üç səbəbi bunlardır:
-Qan Itkisi,
-Yetersiz Qırmızı qan hüceyrəsi  istehsalı,
- Qırmızı qan hüceyrəsi məhvinin çox nisbətdə olması.
Bəzi insanlarda bu səbəblərin birdən çoxu anemiya gətirib çıxarar.

Qan itkisi
Qan itkisi anemiya, xüsusilə dəmir azlığı anemiyasının ən sıx rast gəlinənn səbəbidir. Qan itkisi qısa müddətli ola biləcəyi kimi uzun bir zamana da yayıla bilər.
Menstruasiya, həzm kanalındakı və ya sidik yollarındakı qanamalar qan itkisinə səbəb ola bilər. Cərrahi əməliyyatlar, travma və ya xərçəng də qan itkisinə səbəb ola bilər. Çox miqdarda qan itkisi meydana gəlmişsə, bədən anemiyaya  səbəb olacaq qədər qırmızı qan hüceyrəsi itirə bilər.

Qırmızı qan  istehsalı çatışmazlığı


Həm sonradan qazanılma,  həm də irsi bəzi faktor və vəziyyətlər bədəninizin kifayət qədər qırmızı qan hüceyrəsi yaratmasına  əngəl  törədə bilər. " Sonradan qazanılma " termini, bu vəziyyətlə birlikdə doğulmadığınızı, bu problemi sonradan qazandığımızı  ifadə edər. "İrsi"nin mənası məlum olduğu kimi , bu vəziyyətə gətirib çıxaran genin sizə valideynlərinizdən keçməsidir.
Bədəninizin kifayət qədər qırmızı qan hüceyrəsi istansalına maneə törədən sonradan qazanılma  faktor və vəziyyətlərə nümunə olaraq bəslənmə, hormonlar, bəzi xroniki (uzun zamandır davam edən) xəstəliklər və hamiləlik göstərilə bilər. Aplastik anemiya də bədəninizin kafi səviyyədə qırmızı qan hüceyrəsi yaratmasına  maneə törədə bilər. Bu vəziyyətin sonradan qazanılma  və ya irsi olması mümkündür.

Qidalanma
Kifayət qədər dəmir, fol turşusu (folat) və ya B12 vitamini ehtiva etməyən bir bəslənmə tərzi bədəninizdəki qırmızı qan hüceyrəsi istehsalına maneə törədədir. Bədəniniz qırmızı qan hüceyrəsi istehsal edə bilmək  üçün ayrıca C vitamini, riboflavin və misə də ehtiyac duyar.
Bədəninizdə qida maddələrinin sorulmasını çətinləşdirən vəziyyətlər da qırmızı qan hüceyrəsi istehsalını maneə törədə bilər.

 Hormonlar
Bədəninizin qırmızı qan hüceyrəsi istehsalı üçün eritropoietin deyilən hormona da ehtiyacı var. Bu hormon qırmızı qan hüceyrəsi istehsalı üçün sümük iliyini xəbərdar edir. Eritropoietin hormonunun səviyyəsinin azalması anemiya səbəb ola bilər.

Xəstəliklər və Müalicələr
Böyrək xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklər, qırmızı qan hüceyrələrinin bədəninizdə kifayət qədər istehsalını əngəlləyir.
Bəzi xərçəng müalicələri sümük iliyinə və ya qırmızı qan hüceyrələrinin oksigen daşıma qabiliyyətinə zərər verə bilər. Əgər sümük iliyi zədələnibsə, ömrünü tamamlamış ya da dağılmış qırmızı qan hüceyrələrinin yerinə yeniləri kifayət qədər sürətli inkişaf etmir.
HIV / AIDS xəstələrində müalicə zamanı istifadə edilən dərmanlara bağlı olaraq anemiya inkişaf edə bilər.

Hamiləlik
Hamiləlik  müddətində dəmir və fol turşusu səviyyəsinin aşağı olması səbəbindən və ya qandakı dəyişmələrə bağlı olaraq anemiya meydana gələ bilər.
Hamiləliyin ilk 6 ayı ərzində qadınlardakı qanın maye hissəsinin (plazma) həcmi qırmızı qan hüceyrələrindən daha sürətli bir artır. Bu da qanı sulandıraraq anemiya səbəb olur.

Aplastik Anemıya
Bəzi körpələr kifayət qədər qırmızı qan hüceyrəsi istehsal edə bilmə qabiliyyətindən məhrum doğulurlar. Bu vəziyyətə aplastik anemiya deyilir. Aplastik anemiyası olan körpə və uşaqlara, qanlarındakı qırmızı qan hüceyrəsi sayını artıra bilmək üçün tez-tez qan nəqli etmək lazımdır.
Bəzi dərmanlar, toksinlər və infeksiya xəstəlikləri kimi sonradan qazanılma vəziyyət və faktorlar də aplastik anemiyaya səbəb ola bilər.

Qırmızı qan hüceyrələrinin məhvinin çox nisbətdə olması
Həm sonradan qazanılmış, həm də irsi vəziyyətlər bədəninizin çox  sayda qırmızı qan hüceyrəsini məhvə uğratmasına səbəb ola bilər.
Qırmızı qan hüceyrələrinin məhvini  artıran sonradan qazanılma vəziyyətlərə bir nümunə böyümüş və ya xəstələnmiş dalaqdır. Dalaq, yaşlanmış və köhnəlmiş qırmızı qan hüceyrələrini bədəndən uzaqlaşdıran bir orqandır. Dalaq böyüyər və ya xəstələnərsə, normaldan daha çox qırmızı qan hüceyrəsi məhv edərək anemiyaya yol aça bilər.
Bədənin qırmızı qan hüceyrəsini məhv etməsini çox-çox artıran irsi vəziyyətlərə nümunə olaraq oraq hüceyrəli anemiya, talasemiya və bəzi fermentlərin çatışmazlığı və s.-ni göstərə bilərik. Bu vəziyyətlər saglam qırmızı qan hüceyrələrinin də ömürlərini daha tez tamamlamalarına səbəb olacaq pozuntulara gətirib çıxarır. Hemolitik anemiya də bədəninizin çox  sayda qırmızı qan hüceyrəsini  məhvə uğratdığı vəziyyətlərə bir nümunədir. Bəzi irsi vəziyyətlər bu tip anemiyaya səbəb ola bilər. Sonradan qazanılma  vəziyyətlər və ya faktorlar də hemolitik anemiya səbəb ola bilər. İmmun sistemi xəstəlikləri, infeksiyalar, bəzi dərmanlar və qan köçürmədə yaranan reaksiyalar bunlara nümunə sayılır.

Kimlər risk qrupuna  daxildir?
Anemiya sıx görülən bir vəziyyətdir. Bütün yaş, irq və etnik qruplarda görülə bilər. Həm kişilər, həm də qadınlarda qanazlığı ola bilər, ancaq fertil yaşlı qadınlar bu vəziyyətlə əlaqədar olaraq daha çox risk altındadır. Bunun səbəbi, bu yaşlardakı qadınların aybaşı ilə qan itirmələridir.

Hamilə qadınlarda bu müddətdə dəmir və fol turşusu səviyyəsi aşağı olmasından dolayı  və ya qandakı dəyişmələrə bağlı olaraq anemiya meydana gələ bilər. 
Həyatının ilk ilində bəzi körpələr də dəmir əskikliyi ilə əlaqədar olaraq anemiya riski altındadır. Bunlar daha çox erkən doğulmuş (yarımçıq) olanlar və yalnız ana südü ilə ya da dəmirlə güçlendirilmemiş mamalarla bəslənən körpələrdir. Bu körpələrdə ilk 6 ay ərzində anemiya inkişaf edə bilər.
 Bir və  iki yaş arasındakı körpələr də anemiya risk qrupuna daxildir. Xüsusilə daha çox inək südü içirlərsə, deməli,  qidalarında kifayət qədər dəmir iştirak etmir. İnək südündə böyümə üçün kifayət qədər dəmir tapılmaz. Çox  inək südü içmək körpənin ya da 1-3 yaş arası uşaqların digər qidalardan da  dəmir almasına maneə törədə bilər.  Çünki çox süd bədənin dəmirdən zəngin qidalardakı dəmiri əmməsini də əngəlləyə bilir.
Araşdırmaçılar anemiyanın yeniyetmələrə  təsiri haqqında işlərinə davam etməkdədir. Yetkinlik yaşında olanların yüzdə onundan çoxunda yüngül anemiya formalarına rast gəlinir. 

Başlıca Risk Faktorları
Anemiya riskini artıran faktorlar arasında bunlar var:
• Dəmir, vitamin və mineraldan kasad qidalanma
• Cərrahi əməliyyat və ya yaralanma səbəbindən meydana  gələn qan itkisi
• Böyrək xəstəliyi, xərçəng, diabet, romatoid artrit, HIV / AIDS, iltihabı bağırsaq xəstəlikləri (Crohn xəstəliyi da daxil olmaqla), qaraciyər xəstəliyi, ürək çatmazlığı və tiroit xəstəlikləri kimi uzun müddətlı və ağır xəstəliklər
• Uzun sürən infeksiyalar
• Ailədə oraq hüceyrəli anemiya və ya talasemiya kimi irsi anemiya faktının varlığı.

Anemiyanın əlamətləri nələrdir?
Anemiyanın ən tez-tez rast gəlinən əlaməti halsızlıqdır. Anemiyası olan insan  özünü yorğun və əldən düşmüş hiss edər, gündəlik normal işlərini həyata keçirtmək üçün belə enerji tapmaqda çətinlik çəkər.
Anemiyanın digər tapıntı və əlamətləri arasında aşağıdakıları sadalamaq olar: nəfəs darlığı, baş dönməsi, baş ağrısı, əl və ayaqlarda soyuqluq, solğun dəri, sinə ağrısı. 
Bu əlamətlər, ürəyinizin oksigenlə zəngin qanı bədəninizə nəql etməsi üçün daha çox çalışması gərəkdiyindən dolayı meydana çıxa bilər. Yüngül və orta dərəcədəki anemiya əlamətləri yüngüldür və ya bu əlamətlər heç meydana çıxmaya da bilər.

Anemiyanın  Fəsadları (Komplikasyonlar)
Anemiyası olan bəzi şəxslərdə aritmiya görülə bilər. Aritmiya ürək atışlarının sürəti ya da ritmi ilə əlaqədar bir problemdir. Aritmiya zamanla ürəyə zərər verərək ürək çatmazlığına yol aça bilir.
Anemiya  digər orqanlarımıza zərər verir; çünki anamiya zamanı qan bu orqanları kifayət qədər  oksigeni təmin edə bilmir.
Anemiya xərçəng və ya HIV / AIDS  xəstələrini zəif salır və  müalicənin faydasını azaldır. Bundan başqa, anemiya başqa bir çox sağlamlıq probleminə də səbəb ola bilər. Böyrək xəstəliyi və anemiyası olan insanlarda  ürək problemlərinin ortaya çıxması ehtimalı daha yüksəkdir. Bəzi tip anemiyalarda çox az maye alışı və ya bədəndəki mayenin həddindən artıq itkisinə rast gəlinir. Aşırı maye itkisi həyati təhlükə yaradır.

ANEMİYANIN DİAQNOZU NECƏ QOYULUR?
 Müayinə tapıntılarının təhlili və tədqiqi, ailə keçmişininin öyrənilməsindən sonar  anemiya diaqnozu qoyula bilər.
Anemiya hər zaman simptomlara səbəb olmadığı üçün, həkiminiz başqa xəstəlik və vəziyyətləri araşdırarkən bu vəziyyət ortaya çıxa bilər.
Həkiminiz sizdən anemiyanın tez görünən əlamətlərini, anemiyaya səbəb ola biləcək bir xəstəlik ya da durumunuz olub  olmadığını soruşa bilər. İstifadə etdiyiniz dərmanlar, bəslənmə tərziniz və ailə üzvlərinizin anemiya durumu haqda sual verə bilər.

Fiziki Müayinə
Həkiminiz anemiyanın  nə dərəcə ağır olduğunu anlamaq və mümkün səbəbləri tapmaq üçün müayinə əsnasında:
- Sürətli  və ya nizamsız ürək döyüntüsü olub olmadığını anlamaq üçün ürəyinizi dinləyə bilər;
- Sürətli  və ya nizamsız nəfəs alıb vermə varmı deyə ağciyərlərinizi dinləyər;
- Qaraciyər və dalağınızın böyüklüyünü müəyyən etmək üçün qarınınıza əliylə müdaxilə edər;
- Qan itkisinin tez görülən səbəblərini araşdırmaq üçün ginekoloji və ya rektal müayinə də edə bilər.

Testler və dıgər işləmlər
Hansı tip anemiyaya sahib olduğunuzu və anemiya dərəcəsini müəyyənləşdirmək üçün müxtəlif qan testləri, digər analizlər və əməliyyatlar etdirməniz lazım ola bilər.

Tam Qan Census
Ümumiyyətlə, anemiya  üçün  ilk  test tam qan sayımıdır (CBC / TKS / Hemogram  da adlandırılar). Hemogramda (Tam Qan Census) qanınızın bir çox hissəsi qiymətləndirilir.  Bu test hemoqlobin və hematokrit dəyərlərinizi ölçür. Hemoqlobin, bədənə oksigen daşıyan və qırmızı qan kürəciklərində dəmirdən zəngin zülalları ölçür. Hemotokrit qırmızı qan hüceyrələrinin qandakı hacimi nisbətini ifadə edən bir ölçüdür. Hemoqlobinin və ya hemotokritin aşağı olması anemiya əlamətidir.
Bu ölçümlərin normal dəyərləri irqə və populasyona bağlı olaraq dəyişiklik göstərir.
Hemogramda ayrıca qanınızdakı qırmızı qan hüceyrələrinin, ağ qan hüceyrələrinin və trombositlərin sayına da baxılır. Anormal nəticələr anemiya, başqa bir qan xəstəliyi, infeksiya və ya başqa bir durumun xəbərçisi ola bilər.
Hemogramda qırmızı qan hüceyrələrinin orta korpüskülərin həcminə (MCV) də baxılır. MCV, qırmızı qan hüceyrələrinin ortalama böyüklüyüdür. Bu ölçü anemiyanın səbəbi haqqında bir ipucu verir. Məsələn, dəmir defisitli anemiyada qırmızı qan hüceyrələri ümumiyyətlə normaldan kiçikdir.

Digər Test və işləmlər
Hemogram nəticəniz anemiya olduğunu göstərirsə aşağıdakı kimi digər bəzi testləri də etdirməniz lazım ola bilər:

Hemoqlobin Elektroforezi. Bu testdə qanınızdakı fərqli tipi hemoglobinə baxılır. Hansı növ anemiya olduğunun diaqnozunun qoyulmasi üçün faydalıdır.

Retikülosit sayımı. Bu testdə qanınızdakı gənc qırmızı qan hüceyrələri sayılır. Bu test sümük iliyinin doğru şəkildə qırmızı qan hüceyrəsi istehsal edib etmədiyini  göstərir.

Qanınızdakı və bədəninizdəki dəmiri ölçən testlər. Bunlar serum dəmiri və serum ferritin testləridır. Transferin səviyyəsi və ümumi dəmir bağlama qabiliyyəti də  dəmirin səviyyəsinin qiymətləndirilməsində istifadə edilər.
Anemiyanın bir çox səbəbi olduğu üçün, böyrək çatmazlığı, mislə zəhərlənmə (uşaqlarda) və vitamin əskikliyi (B12 və fol turşusu kimi) baxımından da testlərin edilməsi gərəkə bilər.
Həkiminiz bir daxili qanaxma səbəbindən anemiya olduğunu düşünürsə, qanamanın qaynağını müəyən etmək üçün bir çox testin edilməsini təklif edə bilər. 
Bunlardan biri endoskopidir. Bu əməliyyat əsnasında həzm sisteminizin içi kiçik bir kamerayla göstərilir.
Həkiminiz sümük iliyi testlərinin də edilməsini xahiş edə bilər. Bu testlər sümük iliyinizin sağlamlıq durumunu və kifayət qədər qırmızı qan hüceyrəsi istehsal edib etmədiyini göstərir.

ANEMİYA NECƏ MÜALICƏ EDİLİR?
Anemiyanın  müalicəsi vəziyyətin tipinə, səbəbinə və ağırlığına bağlıdır. Müalicədə qidalanma dəyişiklikləri,  dəstəkləyici vitamin və minerallar, dərmanlar və ya əməliyyatlar yer alır.

Müalicənin məqsədləri
Müalicədə məqsəd qanınızın daşıyabiləcəyi  oksigenin miqdarını artırmaqdır. Buna  da qırmızı qan hüceyrələrinin sayını və ya hemoglobin səviyyəsini artıraraq nail olunur. Hemoqlobin, bədənə oksigen daşıyan və qırmızı qan hüceyrəsində  olan dəmirdən zəngin zülallardır.
Müalicədə digər bir məqsəd, anemiyanın altında yatan səbəbi ya da durumu müəyyənləşdirib müalicə etməkdir.
 
Qidalanma dəyişiklikləri və əlavələr
Bədəndəki dəmir səviyyəsinin aşağı olması dəmir defisitli anemiya səbəb ola bilər. Dəmirdəki bu düşüklük bəslənmə pozuqluğu və  müəyyən xəstəliklər və ya  vəziyyətlərlə bağlı ola bilər.
Vitamin və dəmir səviyyənizi yüksəltmək üçün həkiminiz bəslənmənizi dəyişdirməyi və ya əlavə vitamin və ya dəmir almanızı xahiş edə bilər. Tez verilən vitamingücləndirmələri B12 və fol turşusudur (folat). Bəzən bədənin dəmiri daha yaxşı əmməsi üçün C vitamini də verilir.

Dəmir
Bədəninizin hemoqlobin istehsalı üçün dəmirə ehtiyacı vardır. Bədəniniz ətlərdəki dəmiri tərəvəz və digər qidalardakı dəmirdən daha asan sorur. Anemiyanızı müalicə etmək üçün həkiminiz daha çox ət, xüsusilə qırmızı ət (mal əti və ya ciyər) yemənizi, bunun yanında toyuq, hind toyuğu, balıq və qabıqlı dəniz məhsulları da istehlak etmənizi təklif edəcək.
 Ətdən başqa, dəmir qaynağı olan qidalar arasında bunlar var:
- Ispanak və digər tünd yaşıl yarpaqlı tərəvəzlər
- Soya pendiri
- Noxud; mərcimək; paxla və barbunya; soya paxlası 
- Qurudulmuş meyvələr, məsələn ərik, üzüm və s.
- Ərik suyu
- Dəmirlə Zənginləşdirilmiş qarğıdalı və çörək
Qablaşdırılmış qidalarda o qidanın nə qədər dəmir ehtiva etdiyini qabın üzərlərində yazılan "qidalandırma məlumatı"  hissəsindən öyrənə bilərsiniz. Paketlərin üzərində gündəlik ehtiyacınız olan dəmirin yüzdə neçəsini ehtiva etdiyi yazılır.
 Dəmir oqranizmi möhkəmləndirmək üçün də qəbul edilə bilər. Ümumiyyətlə, dəmir multivitaminlərlə və dəmirin sorulmasını asanlaşdıracaq digər minerallarla kombinə halda satışa təqdim edilir.
Həkimlər erkən doğulan körpələr və yalnız ana südü alan ya da dəmirlə zənginləşdirilməmiş uşaq yeməkləri ilə bəslənən körpələr üçün də dəmir möhkəmləndirməsi təklif edə bilər.
Dəmirin çoxluğu  zərərli ola bilər, buna görə də dəmir möhkəmlətmələrini yalnız həkiminizin təklif etdiyi şəkildə almanız lazımdır.

B12  vitamini
B12  vitamini səviyyələrinin aşağı olması pernisiyoz anemiyaya yol aça bilər. Bu tip anemiya əsasən  B12 vitamini gücləndirilməsi ilə müalicə edilir. B12 vitaminin qaynağı olan qidalar arasında aşağıdakılar var:
-B12 vitamini əlavə olunmuş səhər yeməyi üçün yarmalar
-Qırmızı ət, ciyər, ev heyvanları və balıq kimi ətlər
-Yumurta və süd məhsulları (süd, qatıq və pendir kimi)
- Soya əsaslı içkilər və B12 vitamini ilə güçləndirilmiş vegeteryan yeməkləri.

Fol turşusu
Fol turşusu (folat) qidalarda olan bir B vitamini şəklidir. Bədəniniz yeni hüceyrə yarada  bilmək və bunları qorumaq üçün fol turşusuna ehtiyac duyar. Fol turşusu hamilə qadınlar üçün də çox əhəmiyyətlidir. Anemiyadan qoruyar və dölün sağlam inkişafına köməkçi olar.
Yaxşı bir fol turşusu qaynağı olan qidalar arasında aşağıdakılar var:
-Çörək, Makaron, fol turşusu əlavə olunmuş düyü
-Ispanak və digər tünd yaşıl yarpaqlı tərəvəzlər
- Quru lobya
-Qara ciyər
-Yumurta
- Banan, portağal, portağal suyu və digər bəzi meyvə və meyvə suları

C Vitamini
C vitamini bədəndə dəmirin hopmasına kömək edir. Tərəvəz və meyvələr, xüsusilə də sitrus bitkiləri (sitrus) yaxşı bir C vitamini qaynağıdır. Portağal, qreypfrut, naringi kimi meyvələr sitruslardır. Təzə və dondurulmuş meyvə tərəvəzlərdə, konservləşdirilmişlərə  nisbətən daha çox C vitamini var.
Dərman qəbul edirsinizsə həkiminizdən və ya əczaçınızdan qreypfrut və qreypfrut şirəsi içə bilib bilməyəcəyinizi soruşun. Bu meyvələr bəzi dərmanların gücünə və faydalılığına təsir edə bilər.
Vitamin C baxımından zəngin digər meyvələr arasında kivi, çiyələk və qovun da yer alır.
Tərəvəzlərdən isə brokoli, bibər, Brüssel kələmi, pomidor, kartof ,  ispanaq və turp yarpağı kimi tünd yaşıl yarpaqlı tərəvəzlər C vitamini ilə zəngindir.

Dərmanlar
Həkiminiz bədəninizdəki qırmızı qan hüceyrəsi sayını artırmaq və ya anemiyanın arxasında  yatan səbəbi müalicə etmək üçün sizə dərman yaza bilər. Bu dərmanlardan bəziləri bunlardır:
- İnfeksiyon müalicəsi üçün antibiotiklər.
- Genç qızlarda və qadınlarda həddindən artıq aybaşı qanamasını önləməyə yönəlik  hormonlar.
-Bədəninizin daha çox qırmızı qan hüceyrəsi istehsal etməsini stimullaşdırmaq üçün süni  eritropoietin. Bu hormonun bəzi riskləri vardır. Siz və həkiminiz bu müalicənin faydalarının risklərindən çox olub olmadığına qərar verəcəksiniz.
-Vücudun Immun sisteminin öz qırmızı qan hüceyrələrini yox etməsini önləyəcək dərmanlar.
- Mis zəhərlənməsi üçün kompleks müalicə. Kompleks müalicə ən tez uşaqlar üçün tətbiq olunur. Bunun səbəbi dəmir əksikliyi anemiyası olan uşaqların mislə zəhərlənməsi baxımından daha çox risk altında olmasıdır.

Əməliyyatlar
Anemiyanın ağır hallarında müalicə üçün tibbi bir əməliyyat da lazım ola bilər. Bu əməliyyatlar arasında qan nəqli ilə qan və ilik kök hüceyrə nəqli yer alır.

Qan nəqli
Qan nəqli, tez tətbiq olunan və olduqca etibarlı bir əməliyyatdır. Sadəcə venanın içinə qan verilir. Qan nəqlində alıcı ilə vericinin qanlarının uyğun gəldiyindən əmin olmaq lazımdır.

Qan və ilik kök hüceyrə nəqli
Qan və ilik kök hüceyrə nəqlləri ziyan görən kök hüceyrələrinin yerinə başqa bir adamdan (donor) sağlam kök hüceyrələrinin xəstə bədənə verilməsidir. Kök hüceyrələri sümük iliyində olur. Bu kök hüceyrələr qırmızı qan hüceyrəsi, ağ qan hüceyrəsi və trombositlərə çevrilirlər.
Nəql əsnasında sinədəki  venaya yerləşdirilən bir balon yolu ilə bağışlanan kök hüceyrələri xəstəyə köçürülür. Qenerasiya bu baxımdan qan nəqlinə bənzəyir. Kök hüceyrələri bədənə daxil olduqda sümük iliyinə çataraq yeni qan hüceyrələrini istehsal etməyə başlayır.

Cərrahiyyə
Anemiyanın səbəb olan və həyati təhlükə meydana gətirən ciddi bir qanamanız varsa cərrahi müdaxiə lazım ola bilər. Məsələn, davam edən bir mədə xorası və ya qalın bağırsaq xərçəngi səbəbindən baş verən qanaxmaya  nəzarət edilməsi üçün əməliyyat gərəkə bilər.
Bədəniniz qırmızı qan hüceyrələrini çox sürətli bir şəkildə məhvə uğradırsa, dalağınızın alınması lazım ola bilər. 

ANEMİYA NECƏ ÖNLƏNƏ BİLƏR?
Bəzi anemiya növlərinin, xüsusilə dəmir və ya vitamin çatışmazlıqlarına bağlı anemiyalar təkrar təkrar meydana gəlməsini önləmək mümkündür. Qidalanmada ediləcək dəyişikliklər və ya gücləndirmələr bu növ anemiyaların  təkrarlamasını önləyə bilər.
Anemiyanın altda yatan səbəbi müalicə etmək vəziyyəti önləyə bilər (və ya yeni qansızlıq hücumlarını qarşısını alır). Məsələn, bir dərman sizdə anemiyaya səbəb olursa, həkim başqa bir  dərman yaza bilər.
Anemiyanın pisləşməsini önləmək üçün, həkiminizə rast gəldiyiniz tapıntı və əlamətlərin ifadə edin. Testlər və ehtiyac duya bileceğiniz müalicə planı ilə əlaqədar olaraq həkiminizlə danışın.
Oraq hüceyrəli anemiya kimi bəzi növ irsi anemiyalar önlənə bilməz. İrsi anemiya varsa müalicə və davamlı nəzarət üçün həkimə müraciət etnəlisiniz.

 ANEMİYA İLƏ YAŞAMAQ
Anemiya çox hallarda müalicə edilə bilər və nəzarət altına alına bilər. Anemıya ilə baglı tapıntı və göstəricilər varsa bir an əvvəl diaqnoz və müalicə üçün həkimə  müraciət edin. Müalicə ilə enerjiniz və hərəkət qabiliyyətiniz arta bilər, həyat keyfiyyətiniz yüksələr və daha uzun yaşaya bilərsiniz.
Uyğun müalicə ilə anemiyanın çox növü yüngül dərəcədə və qısa müddətli olur. Bununla birlikdə, anemiya ağır, uzun, davamlı, hətta irsi isə və ya xroniki xəstəliyə ya da zədəyə bağlıdırsa ölümcül belə ola bilər.

Anemiya və Uşaqlar / Yeniyetmələr
Körpələr və kiçik uşaqlar  sürətlə böyüdüklərinə görə daha çox dəmirə ehtiyac duyarlar. Qeyri-kafi dəmir anemiyaya səbəb ola bilər. Erkən doğan və aşağı doğum ağırlıqlı körpələr dəmir şatışmazlığı baxımından yaxından təqib edilməlidirlər.
Körpənizi yalnız ana südü ilə ya da dəmir qatılmamış hazır uşaq yeməkləri ilə  bəsliyərsəniz xüsusilə 6 aydan sonra uşaq həkiminizlə danışın. Həkiminiz dəmir möhkəmləndırməsi təklif edə bilər.
Uşağınızın ehtiyac duyduğu dəmirin çoxu qidalardan əldə edilir. Sağlam bir bəslənmə və dəmir, B12, C vitaminləri ilə fol turşusu (folat) qaynağı qidalar haqqında (məs., uşağınızın həkimindən) məlumat alın. Uşağınıza dəmir möhkəmləndirməsini yalnız həkim reseptə yazarsa verin. Bu əlavələri uşağınıza necə verməniz lazım olduğu haqdakı göstərişlərə riayət edin.
Uşağınızda anemiya varsa həkim mis zəhərlənməsi ilə əlaqədar də suallar soruşa bilər. Uşaqlardakı mis zəhərlənməsi dəmir şatışmazlığı  anemiyasına aiddir.
 Gənclər də anemiya riski altındadırlar. Sürətli böyümə çağında olduqlarından 20 yaş altı gənclərdə xüsusilə dəmir defesitli  anemiyaya rast gəlinir. Anemiya üçün təkrarlanan darama testlərinə əsasən  20 yaşlardan əvvəl başlanır.
 Müəyyən növ ağır anemiyası olan daha böyük yaşdakı uşaq və 20 yaş altı gənclər zədə və infeksiya baxımından daha çox risk altında ola bilərlər. Həkiminizlə uşağınızın təmas tələb edən idmanlar kimi yüksək riskli fəaliyyətlərdən çəkinməli lazım olub-olmadığını soruşun.
Gənc  qızlar hər aybaşı dövrü dəmir itkisinə uğrayarlar. Bəzi qızlar və qadınlar bu və ya dığər səbəblərdən qan itirdikləri, qeyri-kafi miqdarda dəmir aldıqları və ya ailələrində anemiya xəstəsi  olduğu üçün anemiya riski altındadırlar. Bu insanların anemiya baxımından nizamlı darama testləri etdirməsi və həkim nəzarətinə alınmaları  tələb olunur.

Anemiya və Hamilə / Zahı Qadınlar
Hamiləlik müddətində dəmir və fol turşusunun səviyyəsi aşağı olduğundan ötrü və ya qandakı dəyişmələrə bağlı olaraq anemiya meydana gələ bilər. Ağır anemiya erkən doğum və aşağı doğum ağırlıqlı körpə riskini artırır. Bu səbəbdən, hamilələrin həkimə ilk müraciət etdiklərində anemiya baxımından müayinə olunmaları lazımdır. Doğum əvvəli baxım üçün ayrıca nizamlı müayinələrə getmələri vacibdir.
 Aşağıdakı vəziyyətlərdən biri mövcuddursa doğumdan sonra da anemiya üçün testlər tətbiq olunmalıdır:
 - Son 3 ayına (üçüncü trimester) qədər davam etmiş anemiya varsa
- Hamiləlik, doğum əsnasında ya da doğumdan sonra həddindən artıq qan itkisi meydana gəlibsə
- Ekizlərə hamiləlik halı varsa

 Anemiya və Yaşlılar
Yaşlılarda xroniki xəstəliklər, dəmir əskikliyi və ya ümumiyyətlə pis qidalanma anemiyaya səbəb ola bilər. Bu yaş qrupunda, anemiya ən çox digər tibbi vəziyyətlərlə birlikdə ortaya çıxar. Bu səbəblə anemiyanın əlamətləri tez diqqətə çarpan olmaz və nəzərdən qaça bilər.
Anemiyanız olmasından şübhələnirsəniz  həkiminizə müraciət edin.  Anemiya diaqnozu qoyulsa həkiminiz:
 -Yetərli vitamin alıb almadığınızı anlamaq üçün qidalanmanızla  əlaqədar suallar soruşa bilər. Sizə vitamin, dəmir və ya fol turşu möhkəmləndirməsi yaza bilər.
-Anemiyanız xərçəngə, böyrək xəstəliyinə ya da bu xəstəliklərin müalicələrinə bağlıdırsa həkiminiz sizə süni eritropoietin hormonu yaza bilər. Bu hormon sümük iliyində qırmızı qan hüceyrəsi istehsalını stimullaşdırır.
-Anemiya çox ağırsa qan nəqli təklif edilə bilər.


 Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Himayədar Humanitar Təqəqqi İB-nin həyata keçirdiyi “Ana və uşaq anamiyası –vaxtsız ölüm səbəblərindən biri!” layihəsi çərçivəsində hazırlanmışdır.

Sizin Reklam Yeriniz