Əlaqə Arxiv
news Image
2016.12.12
12:15
| A A A
Gömrükdə əl yüklərindən 13 min siqaret çıxdı

Əl yüklərindən 13 min ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a  verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.

Yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından gömrük nəzarətinə bəyan olunmayan 13 min ədəd siqaret aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz