Əlaqə Arxiv
news Image
2016.12.13
13:58
| A A A
Azərbaycan Dövlət Aqrar Universitetində dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Azərbaycan Turizm və Menecment Universiteti  (ATMU) arasında əməkdaşlıq çərçivəsində “Azərbaycanda davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində” mövzusunda dəyirmi masa keçirilib. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözü ilə təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru, professor Nizami Seyidəliyev açıb,  qonaqları salamlayıb, universitetdə son illərdə görülən  işlər barədə danışıb.  Seminarda ATMU-nun “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı, dosent, Rəhman Səfərov “Azərbaycanda turizmin müasir meylləri”, Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov “Azərbaycanda keçirilən məhsul bayramlarının turizmdə istifadəsi yolları”, İqtisadiyyat kafedrasının müdiri, dosent Vuqar Nəzərov “Azərbaycanda turizmin sosial-iqtisadi aspektləri”,  ADAU-nun Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının müdiri, dosent Etibar İmamverdiyev “Gəncə-Qazax iqtisadi rayonunda aqroturizmin inkişaf perspektivləri”, menecment və aqrar marketinq kafedrasının assistenti Fərrux Rəhimov “Ənənəvi əl sənətlərinin turizmin inkişafında rolu və CİS vasitəsilə təbliği”, mühasibat uçotu və audit kafedrasının assistenti Şəhriyar Aydınov “Aqroturizmin inkişaf perspektivləri (Gəncə-Qazax iqtisadi rayonunun timsalında)”, “menecment” ixtisasının II kurs tələbəsi Sahil Məmmədov “Turizm menecmenti ölkənin turizm sahəsinin əsas inkişafı kimi” mövzuları üzrə maraqlı məruzələrlə  çıxış ediblər.

Tədbirdə həmçinin ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, universitetin müxtəlif kafedralarından olan professor-müəllim heyəti və müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr də iştirak ediblər.

ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz