Əlaqə Arxiv
news Image
2016.12.13
15:40
| A A A
Sabirabad sakinini çöl pişiyi dişləyib

Sabirabad rayonunun Muğan Gəncəli kəndində mal-qara saxlanılan fermaların birində 33 yaşlı kənd sakini Cəbrayılov Ruslan Əlizamin oğlunu otlaq sahəsində çöl pişiyi dişləyib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, vəhşi heyvan Ruslanı baldır nahiyəsindən dişləyib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına müraciət etmiş Ruslan Cəbrayılova quduzluq əleyhinə zərdab vurulduqdan sonra o evə buraxılıb.

Sizin Reklam Yeriniz