Əlaqə Arxiv
news Image
2016.12.15
12:45
| A A A
Qəza ilə bağlı 6 gəmi hadisə yerinə cəlb edildi

Bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Sənqaçal Estakadasının “Nst-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

Movqe.az-a bu barədə  Dövlət Dəniz Administrasiyası Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” ilk öncə hadisə yerinə yönəldilib. İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və  "Lənkəran"gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.

Hal-hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır.

Sizin Reklam Yeriniz