Əlaqə Arxiv
news Image
2016.12.21
11:26
| A A A
İl ərzində təqribən 9000 nəfər xəstəyə yardım göstərilir-Travmatologiya və Ortopediya İnstitutunda

“İl ərzində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) təqribən 9000 nəfər xəstəyə yardım göstərilir”. Movqe.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında institutun direktoru Vaqif Verdiyev bildirib. Onun sözlərinə görə, həmin xəstələrdən 7000 nəfərdən çoxu ambulator, 1900-ü isə stasionar qaydada müalicə olunublar: "İl ərzində institutda 1500-ə yaxın cərrahi əməliyyat aparılır. İnstitutun klinikası 200 çarpayıdan, 7 cərahiyyə otağından ibarətdir. Burada 417 nəfər çalışır. Onlardan 51 nəfəri elmi işçi, 1 nəfər əməkdar elm xadimi, 1-i əməkdar həkim, 3 nəfəri professordur. İnstitutda 7 elmlər doktoru, 16 fəlsəfə doktoru fəaliyyət göstərir”.
V. Verdiyev jurnalistlərə açıqlamasında onu da bildirib ki, instututda dayaq hərəkət sisteminin zədələnmələri və anadangəlmə qüsurların müalicəsində müasir texnologiyalardan istifadə olunur: “Çoxsaylı, bir neçə sümüklərin sınıqları, çox qəlpəli oynaqdaxili sınıqları və onların fəsadları, çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları müasir üsullarla ostesintez edilir. Anadangəlmə dayaq-hərəkət sistemində təsadüf edilən deformasiyaların və xəstəliklərin diaqnostikası və cərrahi müalicəsi zamana uyğun səviyyədə aparılıb və uğurlar əldə olunub”.  

Zülfiyyə QULUYEVA

 

Sizin Reklam Yeriniz