Əlaqə Arxiv
news Image
2016.12.26
11:35
| A A A
Bayram günlərində avtobusla rayonlara gedənlərin-Nəzərinə!

Bakı Beynəlxalq Avtovağzalı bayramla əlaqədar gücləndilimiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Movqe.az-a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. Ş. Mehmanqızı bildirib ki, Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində işləyəcək: “Bayram günlərində sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya bbak.az saytından onlayn əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Qaynar Xətt”nömrələrinə-012-480-42-86, Bakı Beynəlxalq Avtovağzalının “Qaynar Xətt”inə- 012-499-70-38 nömrələrinə zəng edərək məlumat əldə edə bilərsiniz".  

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz