Əlaqə Arxiv
news Image
2016.12.29
16:37
| A A A
Aqrar Universitetin muəllim-tələbə kollektivi üçün bayram şənliyi

ADAU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Gəncədəki şadlıq saraylarından birində  Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Bayramı qeyd edilib.
ADAU-nun mətbuat xidmətindən Movqe.az-a  bildirilib ki, şənlik Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, ölkəmiz və şəhərimiz haqqında video çarxlar göstərilib, viktorinalar təşkil edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 2016-cı ildə əldə olunan uğurlardan, ölkənin kənd təsərrüfatının yüksəkixtisaslı mütəxəsisslərə olan ehtiyacının ödənilməsi sahəsində universitetdə görülə işlərdən danışıb və kollektivi bayram münasibəti ilə təbrik edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev və digər qonaqlar təbriklərə qoşulub, kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il Bayramı münasibətilə təbrik edib.
Eyni tədbir Universitetin yeni istifadəyə verilən tələbə evinin həyətində də keçirilib. Tədris işləri üzrə prorektor Anar Hətəmov tələbələri bayram münasibətilə təbrik edib, qış imtahan sessiyasında onlara uğurlar arzulayıb. İstedadlı tələbələrin ifaları maraqla dinlənilib, çay və şirniyat süfrəsində əyləncəli oyunlar nümayiş etdirilib.

 

Əlihüseyn Şükürov

 

Sizin Reklam Yeriniz