Əlaqə Arxiv
news Image
2016.12.30
14:10
| A A A
Milli Məclisin deputatları qış tətilinə getdilər

Milli Məclisin 2016-ci ildə sonuncu plenar iclası başa çatıb. Movqe.az-ın məlumatına görə, spiker Oqtay Əsədov payız sessiyası dövründə Milli Məclisin məhsuldar fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, payız sessiyası dövründə 195 qanun və qərar qəbul edilib. Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər edib: “Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib”. Spiker parlament adından Azərbaycan xalqını və prezident İlham Əliyevi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.

Daha sonra spiker sessiyanı bağlı elan edib və sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Beləliklə, deputatlar qış tətilinə çıxıblar. Tətil 2017-ci il yanvarın 15-dək davam edəcək.

Sizin Reklam Yeriniz