Əlaqə Arxiv
news Image
2013.01.25
13:20
| A A A
Bu qanun seçkidən sonra qəbul olunacaq
Musa Quliyev: "Ola bilər ki, ölkədə prezident seçkilərinin keçirilməsindən sonra, Milli Məclisin payız sessiyasında bu qanun layihəsi müzakirədən sonra qəbul edilsin” "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında" qanun layihəsinin müzakirəsi Milli Məclisin yaz sessiyasında gözlənilmir".  Movqe.az-a bu barədə məlumatı Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev verib. Onun sözlərinə görə, qanun layihəsinin müzakirəsi yəqin ki, ölkədə prezident seçkilərindən sonra davam edəcək: "Qanunun icrası üçün mexanizm tapılmalı, cərimələr müəyyənləşməlidir. Milli Məclisin yaz sesiyasında "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında" qanun layihəsinin müzakirəsi gözlənilmir. Ola bilər ki, ölkədə prezident seçkilərinin keçirilməsindən sonra, Milli Məclisin payız sessiyasında  bu qanun layihəsi müzakirədən sonra qəbul edilsin".
M. Quliyev "İnzibati Xətalar Məcəlləsi"nə edilən dəyişiklikdən sonra ictimai nəqliyyatda siqaretdən istifadənin yasaqlandığını, qanunu pozan olarsa,  50 manat məbləğində cərimə tətbiq olunduğunu söylədi: "Bu dəyişiklik ictimai nəqliyyatda siqaretdən istifadə hallarının qarşısını demək olar ki, alıb. "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında" qanun qəbul edilərsə, bu da gələcəkdə öz effektiv təsirini göstərəcək".

Sizin Reklam Yeriniz