Əlaqə Arxiv
news Image
2013.01.30
12:10
| A A A
MTRŞ dekoderlərin alınması üçün sənədləri Maliyyə Nazirliyinə göndərib
Toğrul Məmmədov: "Aztəminatlı ailələrə dekoderlərin nə vaxt alınacağı Maliyyə Nazirliyindən asılıdır" Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçidlə bağlı əhalinin aztəminatlı təbəqəsinə dekoderlərin alınması üçün bütün sənədləri Maliyyə Nazirliyinə göndərib. Bu məlumatı Movqe.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov verib: "120 min aztəminatlı ailəyə dekoderlərin alınması üçün Şura tərəfindən bütün lazımi sənədlər toplanıb. Dekoderlərin alınmasına nə vaxt başlanılacağı Maliyyə Nazirliyindən asılıdır. MTRŞ bütün sənədləri nazirliyə göndərib. Nə vaxt maliyyə ayrılsa, dekoderlərin alınmasına da o zaman başlanılacaq".
Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə bu barədə məlumatlı olmadığını, gün ərzində sualımızı cavablandıracağını söylədi.

Sizin Reklam Yeriniz