Əlaqə Arxiv
news Image
2013.01.30
13:15
| A A A
Məktəblərdə suçiçəyi və qızılca xəstəliklərinin yayılmasına aydınlıq gətirildi
İbadulla Ağayev: "Bakı məktəblərində suçiçəyi və qızılca xəstəliklərinin yayılmasında orta məktəblərin tibb məntəqələrinin həkimləri günahkardır" "Bakı məktəblərində suçiçəyi və qızılca xəstəliklərinin yayılmasında orta məktəblərin tibb məntəqələrinin həkimləri günahkardır. Bu xəstəliklərin yayılması epidemiya halını almayıb. Sadəcə olaraq suçiçəyi və qızılca xəstəliklərinə yoluxan bir-iki nəfərin dərsə gəlməsi bu xəstəliklərə yoluxanların sayını artırıb". Bu sözləri Movqe.az-a açıqlamasında ölkənin baş epidemioloqu İbadulla Ağayev söyləyib. Onun sözlərinə görə, orta məktəblərdəki tibb məntəqələrinin həkimləri bu məsələlərdə diqqətli olmalıdırlar: "Suçiçəyi və qızılca xəstəlikləri infeksion xəstəliklərdir. Ailədə bir uşaq bu xəstəliyə yoluxursa, digər uşaqları qorumaq üçün tədbirlər görülür. Suçiçəyi və qızılca xəstəliklərinə yoluxan uşaqlar dərsə dəvamiyyətlərini davam etdirə bilməzlər. Bəzən valideynlər uşaqda bu xəstəliklərin hansısa birinin olmasına dəqiq diaqnoz qoya bilmirlər. Amma məktəblərdə tibb məntəqələri var ki, onların həkimləri ayıq-sayıq olmalıdırlar. Uşaqlar arasında bu xəstəliklərin yayılmaması üçün dərhal həmin infeksion xəstəliklərdən birinə yoluxan uşaq məktəbdən çıxarılmalı, tam sağalanadək təhsil müəssisəsinə buraxılmamalıdır".
Sizin Reklam Yeriniz