Oyunlarda iştirak edəcək ölkələrin səfər xərcləri ödənməyəcək - Amma, imkanı olmayanların...
Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib. Movqe.az-ın "Report"a istinadən məlumatına görə, Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru nəqlliyat və qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib.
O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəyəməyəcək: "Qidalanma üçün isə gələn idmançıların hər biri üçün ölkə 50 dollar ödəməlidir. İmkanı olmayanların nəqliyart xərcini ödəməyə və qidalanmada güzəşt edə bilərik".