Əlaqə Arxiv
news Image
2012.04.24
15:58
| A A A
Təbiət bir dəfə yaratdığını yenidən yaratmır - Fotosessiya
“Bu informasiya olmasaydı, Qırmızı Kitabda mövcud olmazdı”

"Qırmızı kitab" söz birləşməsi bir çox dillərdə artıq 40 ildir ki, işlədilir. İlk dəfə Qırmızı kitab üçün informasiya 1949-cu ildə yığılmağa başlandı. Qeyd edək ki, ora nəsli kəsilməkdə olan, heyvan və bitki növləri salınır. Qırmızı kitabda canlı aləmin fəlakətlərindən bəhz olunur. Bu kitabın ilk cildi Beynəlxlq Konservasiya Təşkilatı tərəfindən 1966-cı ildə nəşr edilir.

Daha sonra isə ABŞ, Avstraliya, İsverç, Yaponiyada Qırmızı Kitabın nəşrində iştirak edirlər. Çox təəsüf olsun ki, bizdə Qırmızı Kitabın siyahisi hər gün artmaqdadır. Bu isə canlı təbiətin məhvindən xəbər verir.

Qırmızı Kitaba min illərlə formalaşmış, lakin indi insanların günahından məhv olunmaq üzrə olan, heyvan və bitki növləri salınır. İnsanlar başa düşmürlər ki, təbiət bir dəfə yaratdığını yenidən yaratmır.

Qırmızı kitaba salınanları dörd kateqoriyaya bölmək olar. İlk növbədə, bu çox nadir növləri olan bitki və heyvanlardır. Bu növlərin şəkilləri, onlar haqda məlumat mövcud olsada, özləri çox nadir hallarda tapılır.

Daha sonra qırmızı kitaba insanlara məlum olan, lakin nəsili tükənməkdə olan növlər salınır. Qeyd edək ki, Qırmızı Kitab – siyahı deyil. Onu yaradan alimlər nəsili tükənən bitkilərin və heyvanların hansı səbəbdən bu halda olduğunuda araşdırırlar. Bu informasiya olmadan Qırmızı Kitabda mövcud olmazdı.

 

Türkan Nadirqızı

Mövqe.Az








Sizin Reklam Yeriniz