Əlaqə Arxiv
news Image
2013.02.04
14:30
| A A A
Avtobusların dayanacaqlardan kənar dayanacaqları…
Namiq Həsənov: «Bəzən sərnişinlər dayanacaqdan kənarda avtobusu əl edib saxladırlar və təbii ki, bu hallar yolverilməzdir»

Bakının bəzi ərazilərində, xüsusən də ətraf qəsəbələrdə tez-tez avtobusların dayanacaqdan kənar saxlaması hallarını ilə rastlaşırıq. Təbii ki, bu cür hallar avtobus sürücləri tərəfindən qanunun pozulması, eyni zamanda sərnişinlər üçün böyük narahatlıq predmetidir.

Bu məsələ ilə bağlı ictimai nəqliyyatdan istifadə edən sərnişin Pərvin Yusufova qeyd edir: " 6 il olar ki, ailəmlə Bakıya köçmüşük. Təbii olaraq mən də bir çoxları kimi ictimai nəqliyyat vasitələrindən istifadə edirəm. Sizin dediyiniz məsələyə gəldikdə isə çox maraqlı fakt budur ki, bəzən dyanacaqdan kənar avtobusdan enmək istəyəndə sürücülər qəzəblənir, "olmaz, cərimə edərlər" deyirlər. Amma kimsə minmək istəyəndə 20 qəpiyə görə yolda polis olmayanda avtobusu saxlayırlar".

Avtobus sürücülərinin avtobusu dayanacaqdan kənar saxlaması halları ilə bağlı Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov Movqe.az saytına aşağıdakıları bildirib: "Göstərilən hal bu gün Bakıda ən çox mübarizə apardığımız məsələdir. Hal-hazırda 640-dan çox dayanacaq quraşdırılıb, 24-ü də quraşdırılacaq və avtobuslar yalnız dayanacaqda saxlamalıdırlar. Amma çox təəssüf ki, bəzən o dayanacaqlar qeyri-leqal taksilər və fərdi minik avtomobilləri tərəfindən zəbt olunur və avtobuslar saxlamağa yer tapmır. Bəzən isə sərnişinlər dayanacaqdan kənarda avtobusu əl edib saxladırlar və təbii ki, bu hallar yolverilməzdir. Biz belə hallara qarşı mübarizə aparırıq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları hər gün reydlərə çıxır ki, bu məsələlərə qarşı mübarizə aparsınlar. Eyni zamanda intellektual sistemin kameraları da hər şeyi görüntüləyir, hər gün mütamadi mərkəzə xəbər ötürülür. Daxili Işlər Nazirliyi əməkdaşları və Dövlət Yol Polis Idarəsi əməkdaşları birlikdə belə halların yolverilməzliyinə qarşı mübarizə aparırıq. Çünki, bu həm sərnişinlərin təhlükəsizliyi üçün vacibdir, həm də ki, intellektual yol nəqliyyat sisteminin işinə maneçilik törədir".

Nəqliyyat Nazirliyinin rəsmisi belə halların qarşısını almaq üçün görülən tədbirlərə də toxunub: "Belə neqativ hallar baş verən zaman həmin avtobusların sahibkarları ilə söhbət aparılır, sürücü günahı aşkar olursa, xəttdən kənarlaşdırılır, hətta tərəflər arasındakı müqavilyə də xitam verilə bilər".

Namiq Həsənov həmçinin sürücülərin sərnişinlələ kobud rəftar etdiyi zaman görülən tədbirlərdən də danışıb: "Bu da çox ağrılı məsələdir. Sürücülərin etik davranış qaydalarını bilməsi və bunlara riayət etməsi çox mühüm məsələdir. Bu il vahid kart sisteminə keçəndən sonra sürücü və sərnişinin dialoquna heç gərək qalmayacaq. Amma əvvəlki illərə nəzərən belə hallar azalıb. Biz avtobusların sayını azaldıb 174-ə endirmişik, eyni zamanda sahibkarların da sayı 50-yə düşüb. Çox ciddi xəbərdarlıqlar olunub və bunlarda nəticəsiz qalmayıb. Yenə də şikayət daxil olduğu zaman xüsusi komissiya var, operativ olaraq biz belə halları nəzərə alıb, tədbir görürük".

Bəzi sürücülərin yanacaqdoldurma məntəqəsinə sərnişin dolu avtobusla daxil olması halarına dair isə o qeyd edib: "Çox nadir hallarda belə hallara yol verilir. Birmənalı şəkildə belə bir şey yolverilməzdir. Mümükün olası bir şey deyil. Belə hallara təhlükəsizlik qaydaları da yol vermir. Belə hallar olanda mütləq sərnişinlər özləri də qaynar xəttə müraciət etsinlər ki, dərhal həmin sürücü barədə tədbir görülsün. Sərnişinlər müraciət etməsə belə, bizim müfəttişlər bunu nəzərdə saxlayırlar. Gözdən yayınıb belə hallara yol verən sürücülərə qarşı ciddi tədbirlər görülüb və bundan sonra da görüləcəkdir".

Nəzərinizə çatdıraq ki, belə halla rastlaşan sərnişinlər İntellektual İdarəetmə Mərkəzinin 141 "qaynar xətt"inə məlumat verə bilərlər. Şikayət əsasında araşdırma aparılıb, tədbir görüləcək.

Sizin Reklam Yeriniz