Hacıqabulda ikimərtəbəli ev yanıb
Hacıqabulda yanğın qeydə alınıb.
Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Hacıqabul rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.