Əlaqə Arxiv
news Image
2017.03.10
16:45
| A A A
Masallıda “Ağıl Dəryası” intellektual bilik yarışı keçirilib

Bu gün  Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə Gənclər Mərkəzində Novruz bayramı münasibətilə Masallı  rayon ümumtəhsil tam orta  məktəblərinin IX-XI sinif nşagirdləri arasında “Ağıl Dəryası” intellektual bilik yarışını keçirilib.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışılıb və bildiriblər ki, oyunun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir .Gərgin və maraqlı mübarizə şəraitində keçən intellekyual bilik yarışınında E.Əhədov adına Təzə Alvadı1 nöpmrəli tam orta məktəbinin komandası  I yerə, Çaxırlı  kənd tam orta məktəbiniun komandası II yerə, Q.İsmayılov adına Şərəfə kənd  tam orta məktəbin komandası III yerə layiq görülmüşlər fərqləndiyinə görə isə Ərkivan  qəsəbə 3 nömrəli tam orta məktəbin komandası diplomla mükafatlandırılıb. 
         Masallı rayon  birinciliyində  qalib gəlmiş    komandalar   Masallı  rayon  Gənclər və İdman idarəsi tərəfindən  kubok və  diplomla  təltif olunublar.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz