Əlaqə Arxiv
news Image
2013.02.05
12:16
| A A A
Səhiyyə nazirliyində kollegiya iclası keçirilib
Səhiyyə işçiləri olimpiya oyunlarında tibbi xidmətin təşkili təcrübəsini öyrənəcək Səhiyyə nazirliyi Bakıda keçiriləcək birinci Avropa Oyunlarına səhiyyə işçilərinin hazırlığı ilə bağlı tədbirlərə başlayacaq. Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Movqe.az-a  verdiyi məlumata görə, bununla bağlı dünən nazirlikdə kollegiya iclası keçirilib: "Hörmətli səhiyyə naziri Oqtay Şirəliyev birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin iclasında ölkə başçısının tapşırıqları ilə bağlı hazırlıq işlərinə başlanılması məqsədilə göstərişlər verdi. Təbii ki, səhiyyə işçilərinin, tibb müəssisələrinin ölkəmizə gələcək qonaqlara yüksək səviyyədə tibbi xidmət göstərməsi üçün bütün tədbirlər görüləcək. Paytaxtın tibb müəssisələri tibbi xidmətin göstərilməsi üçün tam hazır vəziyyətə gətiriləcək. Yarışın keçiriləcəyi ərazidə tibb məntəqələrinin yaradılması, ölkəyə gələcək turistlərə bölgələrdə yüksək tibbi xidmətin göstərilməsi üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcək. Bundan əlavə nazir tibb işçilərinin hazırlığı, ingilis dili kurslarına cəlb olunması kimi məsələlərin həll edilməsi ilə bağlı göstərişlərini verdi. Eyni zamanda Azərbaycanın səhiyyə işçiləri olimpiya oyunlarında tibbi xidmətin göstərilməsi təcrübəsini də öyrənəcək".
Sizin Reklam Yeriniz