Hava yenidən soyacaq
Azərbaycanda müşahidə edilən mülayim qış havasından sonra fevralın
7-də ölkənin bəzi yerlərində hava şəraiti qısa müddətə soyuyacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu
Asif Verdiyevbildirib ki, yaxın üç gün ərzində Bakı və Abşeron
yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz
olacaq. Fevralın 6-da axşam, fevralın 8-də əsasən, səhər bəzi
yerlərdə duman gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək,
fevralın 7-də çənib küləyi ilə əvəzlənəcək. Fevralın 7-də gecə və
səhər bəzi yerlərdə ciskinli yağış yağacağı gözlənilir. Yaxın üç
gündə havanın temperaturu gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yaxın üç gün əzində əsasən, yağmursuz
hava şərtaiti müşahidə olunacaq. Lakin fevralın 7-də bəzi yerlərdə
havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar
yağacağı gözlənilir Fevralin 8-də hava yenidən əsasən, yağmursuz
olacaq. Fevralın 6-da arabir güclənən qərb küləyi əsəcək.Yaxın üç
gündə Aran rayonlarında havanın temperaturu gündüz 10-15 dərəcə
isti, dağlıq rayonlarda gündüz 3-8 dərəcə isti gözlənilir.