Sərnişinləri qapısı açıq daşıyan sürücüləri cəza gözləyir-Yeni Xəbər
Bakı Nəqliyyat Agentliyi Baş Dövlət Yol Polisi əməkdaşları ilə sərnişinləri qapısı açıq şəraitdə daşıyan avtobus sürücülərinə qarşı reyd keçirəcək. Bu barədə Movqe.az-a açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev söyləyib. M. Ağayev bildirib ki, problem barədə Agentlik məlumatlıdır. Ona görə də, sərnişindaşımada yol verilən bu nöqsanı aradan qaldırmaq üçün reydə başlanılacaq: "Sərnişinlərin qapısı açıq şəraitdə daşınması barədə videogörüntülər sosial şəbəkədə yayılmazdan öncə də, BNA bu barədə məlumatlı idi. Problemin aradan qaldırılması üçün mübarizə aparılırdı. Amma reydin daha səmərəli olması üçün bu dəfə yol polisləri də cəlb olunacaq. Bununla bağlı sərt mübarizə işləri aparılacaq".
Zülfiyyə QULUYEVA