Əlaqə Arxiv
news Image
2017.03.13
11:51
| A A A
Əri tərəfindən döyülən nənə sığınacağa üz tutdu-Bakıda
L.M: "Gəlinimin, nəvəmin gözü qarşısında döyülməkdən utanıram"

Bakıda əri tərəfindən döyülən qadın sığınacağa üz tutub. Bu barədə Movqe.az-a "Təmiz Dünya" İctimai Birliyinin məişət zorkılığı qurbanları üçün yaradılmış qadın sığınacağından məlumat verilib. Xəbərə görə, L. M (adı şərtidir) illərdir ki, həyat yoldaşı tərəfindən zorakılığa, şiddətə məruz qalır. Movqe.az-a danışan zorakılıq qurbanı L. M bildirib ki, üç övlad sahibidir: "Artıq gəlinim, nəvəm də var. Buna baxmayaraq ərim məni onların gözü qarşısında döyməyə davam edir. Buna görə kiçik oğlum illərdir ki, evdə çörək yemir. Balaca oğlum 6-cı sinif şagirdidir. Bunlara tab gətirə bilmir. Gəlinin, nəvənin gözü qarşısında döyülməyə utanıram artıq. Naəlac qalıb sığınacağa üz tutdum".

L.M bildirib ki, əri onu bəhanələr gətirərək döyür: "45 yaşım var. İllərdir ki, məni müxtəlif bəhanələrlə döyür. Düyməni səhv tikməyi də bəhanə edir. Bir sözlə döymək üçün özündən müxtəlif bəhanələr axtarır. Artıq dözə bilmədim".

Sığınacaqdan Movqe.az-a bildiriblər ki, məsələ ilə bağlı polisə müraciət olunub.  

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz