Marşurut sahibləri Bakı Nəqliyyat Agentliyinə çağrıldı-TƏCİLİ
Bu gün Bakı Nəqliyyat Agentliyində (BNA) marşurut sahibləri ilə görüş keçiriləcək. Bu barədə Movqe.az-a məlumatı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev verib. M. Ağayev bildirib ki, daşıyıcılarla görüşün keçirilməsi, sərnişindaşımada yol verilən nöqsanların aradan qaldırılması məqsədi daşıyır: "Bu görüşdə BNA öz səlahiyyətləri çərçivəsində daşıyıcılarla xəbərdarlıq edəcək. Onların qarşısında sərnişindaşımada yol verilən qüsurların aradan qaldırılması barədə sərt tələblər qoyulacaq. Tapşırığa əməl etməyən daşıyıcalara, onların bu məsuliyyətsizliyinin və laqeyidliyinin nə ilə nəticələnəcəyi barədə sərt xəbərdarlıq ediləcək".
M. Ağayev görüşün media üçün qapalı keçiriləcəyini də bildirib.
Zülfiyyə QULUYEVA