Əlaqə Arxiv
news Image
2017.03.13
17:40
| A A A
“Qədim türk dastanları” kitabının təqdimat mərasimi keçiriləcək

14 mart 2017-ci il Yazıçılar Birliyinin Natəvan Klubunda “Qədim türk dastanları” kitabının təqdimat mərasimi keçiriləcək. “Qədim türk dastanları” kitabı qədim Saka dastanları, Hun-Oğuz dastanları, Göytürk dastanları, Uyğur dastanları və Orta çağ türk dastanlarından ibarət nümunələrdən toplanaraq, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 
Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə vəsaiti və N. Gəncəvi adına Ədəbiyyat Muzeyinin dəstəyi ilə “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyinin “Türk dünyası ədəbi abidələri” layihəsi çərçivəsində nəşr olunmuşdur. Kitabın redaktoru və ön söz müəllifi filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, AMEA Ədəbiyyat İnistitutunun direktoru, Professor, Akademik, Millət Vəkili, Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədri, N. Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynovdur. 
Layihənin məqsədi türkdilli xalqların əski dünyagörüşünü, düşüncə tərzini, arzu və istəklərinə uyğun yaranmış, gerçəkliklə bağlı, eyni zamanda reallıqdan kənar fantastik təfəkkürünü əks etdirən ən qədim dastanlarının bir kitabda toplanmasıdır. 
Layihə rəhbəri Ayla Həsənova tarixini, öz kökünü bilən hər bir şəxsin vətəninə daha hörmətlə, sevgi ilə yanaşaraq onun mühafizəsi və inkişafında daha yaxından iştirak etmək istəyəcəyini və “Türk dünyası ədəbi abidələri” layihəsinin ideyasının məhz bu səbəblə yarandığını bildirib. Daha sonra o, türk xalqlarının birliyinin möhkəmləndirilməsi, onlar arasında mənəvi körpülərin qorunması, milli kökə qayıdış və ortaq dəyərlərimizin böyüməkdə olan gənc nəsil arasında təbliğinin layihənin əsas vəzifəsi olduğunu qeyd edib.
Təqdimat mərasimində dövlət rəsmiləri, ictimaiyyət tərəfindən sevilən mədəniyyət və incəsənət xadimləri, QHT və media nümayəndələri və digər qonaqlar iştirak edəcək.

 

Sizin Reklam Yeriniz