"Henley & Partners" şirkəti tərəfindən tərtib edilmiş və viza məhdudiyyətləri indeksinə əsaslanan reytinqə əsasən, Azərbaycan pasportu dünyada "gücünə" görə 74-cü yeri tutur.
"Report" xəbər verir ki, Azərbaycan bu siyahıda qonşuları Ermənistan (78-ci yer) və İranı (95-ci yer) qabaqlayıb. Reytinqdə Gürcüstan 68-ci, Türkiyə 52-ci, Rusiya 51-ci olub.
Reytinqin üst pillələrində Almaniya, İsveç, Danimarka, Finlandiya, İtaliya, İspaniya, ABŞ yer alıb. Sonuncu yerlərdə isə Somali, Suriya, Pakistan, İraq, Əfqanıstan qərarlaşıb.
Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır. Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir.