Əlaqə Arxiv
news Image
2017.03.14
10:35
| A A A
Aprel şəhidi haqqında kitab çap olunub

2016-cı il aprel döyüşlərində xüsusi şücayət göstərərək həlak olan şəhid Toğrul Fərəczadə haqqında kitab çapdan çıxıb. Gənc yazar Rəfiqə Rafiqqızının müəllifliyi ilə işıq üzü görən kitab 80 cilddən ibarətdir.  “Da. Heykəlin nağılı” adlı kitabda müəllifin şəhid haqqında fikirləri, Toğrul Fərəczadənin mənalı ömür yolu və xatirə şəkilləri dərc edilib. Kitabda həmçinin Toğrul Fərəczadənin ailə üzvləri, hərbçi yoldaşları da şəhidin qəhrəmanlığı haqqında fikirləri yer alıb. Nəfis tərtibatla hazırlanmış kitabın üz qabığında Şəhid Toğrul Fərəczadənin Azərbaycanın 3 rəngli bayrağı üzərində səmaya yüksəlməsi və məğrur baxışı həkk edilib. 

Bununla yanaşı kitabda Şəhid Toğrul Fərəczadənin şəxsi əşyalarının fotoları da yerləşdirilib. Müəllifin şəxsi təxəyyülünün məhsulu olan kitab satış üçün nəzərdə tutulmayıb. 
Aprelin 1-də Ağsu rayon Mədəniyyət Evində kitabın təqdimat mərasimi keçiriləcək.  
Xatırladaq ki, bu kitab gənc yazar Rəfiqə Rafiqqızının yaradıcılığında çap olunan ikinci kitabıdır.

Sizin Reklam Yeriniz