Əlaqə Arxiv
news Image
2017.03.14
15:15
| A A A
Metronun daha bir stansiyasında əlavə turniketlər quraşdırılıb (FOTO)

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metronun daha bir stansiyasında sərnişin sıxlığının yaranmaması üçün əlavə turniketlər quraşdırıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, metronun "Şah İsmayıl Xətai" stansiyasında iki yeni turniket quraşdırılıb: "Turniketlərin sayının artırılmasına səbəb həmin stansiyaların yaxınlığında böyük tədbirlər keçirildikdə və pik saatlarda metro stansiyalarında yaranacaq sərnişin sıxlığının qarşısını almaqdır".

Qeyd edək ki, bundan əvvəl metronun 3 stansiyasında - "Koroğlu", "Sahil" və "Gənclik" stansiyalarında turniketlərin sayı artırılmışdı.

Sizin Reklam Yeriniz