Əlaqə Arxiv
news Image
2017.03.14
17:55
| A A A
Fikrət Qoca: "Bir oğlum var idi, onu da öldürdülər" - YENİLƏNİB

"Oğlumun öldürülməsindən xəbərsiz idim".
 
Movqe.az xəbər verir ki, bunu bakipost.az-a xalq şairi Fikrət Qoca deyib.
 
O bildirib ki, nazirlik məlumat yayana kimi oğlunun yıxılaraq öldüyünü bilib: "Mən oğlumu itirmişəm. Daxili işlər Nazirliyi çox sağolsun ki, bu məsələyə aydınlıq gətirib. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər 100 adam tutsunlar. Bunun mənə xeyri var? Əlbəttə ki, səbəbini açıb öyrəcənəklər ki, onu kimlər niyə öldürüb".
 
Şair qeyd edib ki, oğlunun hansı səbəbdən öldürüldüyünü bilmir: "Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə belə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onu nə düşməni ola bilərdi ki?"

 

Sizin Reklam Yeriniz