Əlaqə Arxiv
news Image
2017.03.15
15:53
| A A A
Paytaxtda avtobus çatışmazlığı var-Problem

Bakıda pik saatlarda ictimai nəqliyyatda yaşanan sərnişin sıxlığı illərdir ki, öz həllini gözləyən problemlərdəndir. Sərnişinlər saatlarla dayanacaqlarda avtobus yolu gözləmələrindən, sıxlıq üzündən avtobusun qapısı açıq şəraitdə getmələrindən mütəmadi şikayət edirlər. Son illər paytaxtda nəqliyyatın intellektual idarəetmə sisteminin işə düşməsi belə bu çətinlikləri aradan qaldıra bilmədi. Hazırda pik saatlarda elə marşurutlar var ki, o istiqamət üzrə sərnişinlərin mənzil başına çatmasında ciddi problem yaşanır. Bu problemə əsasən Bakıətrafı qəsəbələr üzrə sərnişin daşıyan avtobuslarda rast gəlinir. Səhər və axşam pik  saatlarda Bakıətrafı qəsəbələrdən və əks istiqamətə sərnişin daşıyan avtobuslarda qapının ağzında belə yer tapmaq müşkülə çevrilir. Bu isə sərnişinlərin haqlı olaraq narazılığına səbəb olur. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, paytaxtda bəzi marşurutlar üzrə sərnişin sıxlığının müşahidə olunması təmsil etdiyi qurumun diqqətindədir: “Bu gün pik saatlarda ən çox sərnişin sıxlığı Bakıətrafı qəsəbələrə sərnişin daşıyan avtobuslarda müşahidə olunur. Əlbəttə, bizim qurum mütəmadi xətlərin monitorinqini aparır. Sərnişin sıxlığının hansı istiqamətlərə daha çox olması öyrənilir, araşdırılır. Lazım gələn istiqamətlərdə əlavə xətt açılır, daşıyıcılara tapşırılır ki, avtobus sayını artırsınlar. Qeyd edim ki, BNA optimallaşdırma işini bu gün də davam etdirir. Amma bu iş mərhələli şəkildə davam etdirilir. Artıq bir xətt üzrə 125 saylı avtobus müsabiqə yolu ilə fəaliyyətə başladı. Xətlərin müsabiqə yolu ilə daşıyıcılara verilməsi rəqabət yaradır. Daşıyıcılar çalışır ki, xidmət səviyyəsini yüksəltsinlər. Ehtiyac olan istiqamətlərə yeni marşurut açılır. Yaxud həmin istiqamətə hərəkət edən avtobusların sayı vəziyyətə uyğun olaraq artırılır, azaldılır”.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə Bakıda bir sıra xətlər üzrə sərnişin sıxlığı üzündən yaranmış avtobu problemini aradan qaldırmağa müxtəlif məsələlərin mane olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, bəzi xətlər üzrə sərnişin sıxlığı avtobus çatışmazlığına səbəb olur: “Elə istiqamətlər var ki, dediyiniz kimi, o marşurutlarda sərnişin sıxlığı var. Bu da həmin xətlər üzrə avtobus sayının artırılması, yeni marşurutların açılmasını zəruri edir. BNA da mütəmadi xətləri monitorinq edir, sərnişin sıxlığını öyrənir. Nəqliyyatın optimallaşdırılması işi davam edir. Amma, bu problemi aradan qaldırmaq üçün iş görmək lazım olanda ortaya avtobus qıtlığı məsələsi çıxır. Bu gün doğurdan da avtobus çatışmazlığı var. Yeni avtobusların alınması baha başa gəldiyindən, daşıyıcılar istismara yararsız avtobusların yerinə yenisini xətə buraxa bilmirlər. Bu sahəyə investisiya qoyuluşuna ehtiyac var. Bu problem həll olunmalıdır ki, yeni xətlər açılsın”.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz