Rusiyalı Tailandda vizasız 4,5 il yaşayıb
Rusiya vətəndaşı Aleksandr Danilov Tailandda 4 il 7 ay 15 gün vizasız yaşayıb.
Movqe.az xəbər verir ki, bu haqda Tailandın miqrasiya polisi idarəsinin rəisi mətbuat konfransında məlumat verib.
Qeyd olunur ki, uzun illər Tailandın kurort əraziləri olan Pxuket adası və Patayya şəhərində "mafiozi" kimi yaşayan A. Danilov viza rejimini pozduğuna görə artıq həbs edilib. Onun Tailanddan deportasiya olunacağı və adının uzun müddət Tailanda girişi qadağan olunan şəxslərin "qara siyahısına" salınacağı bildirilir. Trend