Əlaqə Arxiv
news Image
2017.03.27
11:45
| A A A
Toyuna gəlməyənləri məhkəməyə verir - Azərbaycanda qəribə hadisə

Azərbaycanda adı açıqlanmayan bir şəxs tərəfindən vəkilə qəribə müraciət edilib.

Movqe.az xəbər verir ki, bu barədə ölkə.az-a hüquqşünas-vəkil Vüqar Səfərli məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət edib:

"Təbii ki, tragikomik durumdur. Belə bir müraciətin təmin olunması da qeyri-realdır. Görünən budur ki, son illərdə Azərbaycanda ailə qurmağa həm də biznes marağı kimi baxırlar".

Qeyd edək ki, bir neçə gün öncə açıqlanan rəsmi statistikada ölkəmizdə hər gün 36 ailənin dağıldığı bildirilirdi.

Sizin Reklam Yeriniz