Əlaqə Arxiv
news Image
2017.03.30
18:30
| A A A
Komitə sədri Azərbaycanda gözün buynuz qişası bankının yaradılmasını təklif edib

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda gözün buynuz qişası bankının yaradılmasını təklif edib.Movqe.az-ın xəbərinə görə, Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Ə.Əmiraslanov deyib ki, belə bir bankın yaradılması çox vacibdir. 

Deputat deyib ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanununa dəyişiklik edilməklə bundan sonra gözün buynuz qişası Azərbaycana gətiriləcək: “Qanuna edilən dəyişiklik layihəsi ilə bağlı Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi bə Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparılıb, müsbət rəy verilib. Bundan sonra Səhiyyə Nazirliyinin icazəsi əsasında gözün buynuz qişası ölkəyə gətirələcək. Bu sahədə çətinlik vardı, ümid edirik, bu problem aradan aradan qalxacaq”.

Sizin Reklam Yeriniz