Bakıda 32 yaşlı qadın üçüncü mərtəbədən yıxıldı
Bakıda 32 yaşlı qadın binanın üçüncü mərtəbəsindən yıxılıb.
Movqe.az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Nermitaj Minayə Xəqani qızı Əhmədli qəsəbəsi Delinov küçəsində yerləşən binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.
O, baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırırlar.