Aparıcıya oğlundan doğum günü surprizi-Video
ATV telekanalının aparıcısı Zülfiyyə Bayramova oğlundan xoş doğum günü hədiyyəsi alıb. Doğum günü Kəlbəcərin işğal tarixi ilə üst-üstə düşdüyündən, həmin vaxtdan ad gününü keçirməyən aparıcını oğlunun hazırladığı video çarx duyğulandırıb. Movqe.az-ın məlumatına görə, 15 yaşlı Nahidin vətənpərvər ruhda hazırladığı video çarx sosial şəbəkələrdə marağa səbəb olub. Qeyd edək ki, hüquqşunas Zülfiyyə Bayramova ATV-də yayımlanan "Qanunla Biz" verilişinin aparıcısıdır.