Əlaqə Arxiv
news Image
2017.04.04
10:24
| A A A
KİV: Sankt-Peterburqdakı partlayışda ölənlərdən biri azərbaycanlıdır

Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilən partlayış nəticəsində bir azərbaycanlının öldüyü barədə bildirilir.
 
Movqe.az-ın məlumatına görə, bu barədə "Life.ru" agentliyi sosial şəbəkə istifadəçilərinə istinadən xəbər yayıb.
 
Agentlik həmyerlimizin fotosunu da yerləşdirib.
 
Ölən şəxsin 21 yaşlı Dilbarə Əliyeva olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri yazır ki, o, ağır xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

APA

Sizin Reklam Yeriniz