Əlaqə Arxiv
news Image
2018.04.04
20:30
| A A A
Süfrəyə tək oturan yaşlı kişilər

Yaponiya tədqiqatçıları təkbaşına yemək yeyən yaşlı kişilərin dostları və ya ailələri ilə birlikdə yemək yeyən həmyaşıdlarına nisbətən daha erkən vəfat etdiyini aşkar ediblər.

Movqe.az deyerler.org-a istinadən bildirir ki, Japan Times-da dərc olunan araşdırmanı Tokio Tibb və Stomatologiya Universiteti, eləcə də bir sıra başqa qurumdan tədqiqatçıları tərəfindən aparılıb
 
Araşdırmada iştirak edən 65 və daha yuxarı yaşlı kişiləri 3 il ərzində müşahidə edən tədqiqatçılar, axşam yeməyini tək yeyənlərin ölüm nisbətinin, ailəsiylə birlikdə yeyənlərdən 50 % çox olduğunu qeyd ediblər.
 
"Təkbaşına yemək yeməyin ölüm nisbətinə təsir etdiyini düşünürdük və bunu, tədqiqatımızla sübut etdik", - deyə tədqiqat qrupuna rəhbərlik edən Yukako Tani bildirib.
 
Tədqiqat prosesində, tək yaşayan və yeməklərini tək yeyən kişilərdə erkən ölüm riskinin isə, ailəsiylə yaşayan və birlikdə nahar edənlərdən 20% daha çox olduğu qeydə alınıb.
 
Ailəsiylə yaşamasına baxmayaraq, tək başına yemək yemənin istismar və qeyri-kafi qayğının işarəsi ola biləcəyinə diqqəti çəkən araşdırmaçılar, tədqiqatın, eyni zamanda təkbaşına yemək yeyən yaşlı kişilərin qeyri-kafi qidalandığını da sübut etdiyini göstərib.

Sizin Reklam Yeriniz