Əlaqə Arxiv
news Image
2017.04.05
11:23
| A A A
Sürücülərin diqqətinə: Paytaxtın 2 yolunda rənglənmə işləri aparılır

Bu gün səhər saatlarından başlayaraq, Binəqədi rayonu Xocahəsən qəsəbəsi və Səbail Rayonu Bibiheybət yolu - Lökbatan dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənir.

Bu barədə Movqe.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

Rənglənmə işlərinin axşam saatlarında başa çatdırılacağı bildirilir. “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.

Sizin Reklam Yeriniz