Əlaqə Arxiv
news Image
2017.04.05
15:12
| A A A
Nuşirəvan Məhərrəmli: “NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır”

 “NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır”.
Movqe.az-ın report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, bununla bağlı məhkəmələrə və digər aidiyyatı orqanlara müraciət olunub: “Buna baxmayaraq, həmin kanal müxtəlif yollarla öz qanunsuz fəaliyyətini həyata keçirir”.
MTRŞ sədri qeyd edib ki, bəzi kabel şəbəkəsi yayımçıları da qanunsuz fəaliyyət göstərirlər: “Çox mərtəbəli binaların əksəriyyətində kabel yayımı ilə məşğul olurlar. Bizim də imkanımız yoxdur ki, onları bir-bir yoxlayaq. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Baş Prokurorluğa və digər dövlət qurumlarına müraciət olunub”.

Sizin Reklam Yeriniz