Əlaqə Arxiv
news Image
2017.04.06
10:20
| A A A
Naxçıvana gələn turistlərin sayı artıb
Üç ay ərzində muxtar respublikaya 98,8 min nəfər turist gəlib

Cari ilin ilk rübü ərzində Naxçıvana gələn turislərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Movqe.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu ilin ilk rübü ərzində muxtar respublikaya gələn turistlərin sayı bir il öncə ilə müqayisədə 5,1 faiz artaraq 98,8 min nəfər təşkil edib.
1995-ci ildə muxtar respublikaya 38,6 min nəfər turist gəlmişdisə, bu göstərici 2006-cı ildə 93,9 min nəfər, 2010-cu ildə 287,6 min nəfər, 2016-cı ildə 403,3 min nəfər olub. 2016-cı ildə muxtar respublikaya gələn turistlərin sayı 1995-ci illə müqayisədə 10,4 dəfə artıb. Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması muxtar respublika haqqında dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, turizmin inkişafına geniş imkanlar yaradıb. 

Sizin Reklam Yeriniz