Qazaxıstanda 4,2 bal gücündə zəlzələ baş verib
Qazaxıstanda 4,2 bal gücündə zəlzələ baş verib. APA-nın “Kazakhstan Today”-ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Almatı şəhərindən 90 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.